Partnyorluq
Imparo-nu tək qurmuruq. Məktəblər, təhsil mərkəzləri, fondlar və şirkətlərlə birlikdə daha çox şagirdə çatırıq. Aşağıda hazırda açıq olan əməkdaşlıq istiqamətləri var.
Kimlərlə işləyirik
Məktəblər
Müəllim sinif yaradır, tapşırıq təyin edir və hər şagirdin tərəqqisini bir ekrandan izləyir. Quraşdırma tələb olunmur — şagirdlər brauzerdən girir. Pilot sinifləri üçün tam pulsuzdur.
Repetitor və hazırlıq mərkəzləri
Dərs aralarında şagirdin nə qədər məşq etdiyini görmək çətindir. Imparo ev tapşırığını avtomatlaşdırır və hansı mövzunun oturmadığını rəqəmlə göstərir.
Fondlar və qeyri-hökumət təşkilatları
Regionlarda internetə çıxışı olan hər şagird üçün platforma pulsuzdur. Qrant və sosial təsir layihələrində məzmun, hesabat və ölçmə tərəfini biz götürürük.
Şirkətlər (sosial məsuliyyət)
Sosial məsuliyyət büdcəsini konkret nəticəyə çevir: seçdiyin məktəb və ya rayon üçün Imparo Plus abunəliyini sponsorlaşdır, təsirin rüblük hesabatını al.
Məzmun və texnologiya partnyorları
Müəllif, nəşriyyat və ya təhsil məhsulu qurursansa — məzmun mübadiləsi və inteqrasiya danışa bilərik.
Partnyor nə alır
- Pilot müddətində platformaya tam pulsuz giriş — şagird sayına limit qoymuruq.
- Sinif və ya qrup üzrə tərəqqi hesabatı: kim nə qədər məşq edib, hansı mövzu çətin gəlib.
- 1–8-ci siniflər üçün kurikuluma uyğun hazır məzmun — sıfırdan material hazırlamağa ehtiyac yoxdur.
- Şagird məlumatlarının qorunması: məlumatlar satılmır, reklam üçün istifadə olunmur.
Necə başlayır
- 1
Yaz
Kim olduğunu və təxminən neçə şagirdə çatmaq istədiyini bir abzasda yaz. Uzun təqdimat lazım deyil.
- 2
Qısa görüş
20 dəqiqəlik onlayn söhbətdə ehtiyacına baxırıq və Imparo-nun ona uyğun olub-olmadığını açıq deyirik.
- 3
Pilot
Bir sinif və ya qrupla başlayırıq. Dörd həftədən sonra nəticəyə birlikdə baxırıq — işləməsə, genişləndirmirik.
Açıq deyək: Imparo erkən mərhələdədir. Böyük vədlər vermirik — kiçik pilotla başlayır, nəticə görünəndə genişləndiririk.